Azərbaycanlı sahibkarlar Hindistanda keçiriləcək beynəlxalq nəqliyyat sərgisinə dəvət olunur

Azərbaycanlı sahibkarlar Hindistanda keçiriləcək beynəlxalq nəqliyyat sərgisinə dəvət olunur
# 10 iyul 2014 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hindistanda beynəlxalq yol və nəqliyyat sərgisi təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi sentyabrın 17-19-da Nyu Dehli şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR