Suriya XİN rəhbəri: “Suriya quru sərhədlərinin pozulmasına yol verməyəcək”

Suriya XİN rəhbəri: “Suriya quru sərhədlərinin pozulmasına yol verməyəcək”
# 29 noyabr 2014 21:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Muallem deyib.

“Bu Suriya böhranının daha sürəkli olması üçün bir vasitədir və daha böyük qırğınlara gətirib çıxaracaq”, deyə Valid əl-Muallem “Russia Today” telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, “İŞİD”-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya qüvvələri tərəfindən Suriyanın hava hüdudlarının pozulması elə ciddi problem deyil. Onun sözlərinə görə, ölkənin quru sərhədlərinin pozulması ehtimalı daha ciddi və təhlükəlidir.

“Bu çox həssas mövzudur. Məsələ ondadır ki, hazırda ölkənin hava məkanı pozulur. Lakin bu vəziyyəti gələcəkdə nizamlamaq mümkündür. Bufer zonalar adlandırılan ərazilərdə ölkənin quru sərhədlərinin Türkiyə tərəfindən pozulması ehtimalı bizim üçün daha böyük təhlükə yaradır. Bu Suriyanı parçalamaq deməkdir. Biz heç vaxt buna yol verməyəcəyik”, deyə Valid əl-Muallem vurğulayıb.

“Hava hücumları vasitəsi ilə İŞİD-i bitirəcəklərini düşünənlər yanılırlar. Koalisiyanın hava hücumlarına baxmayaraq, İŞİD günü-gündən güclənir. Bunun səbəbi çox sadədir: ABŞ-ın müttəfiqi olan Türkiyə BMT Təhlükəsizlik Şurasının terrorçulara yardım kanallarının ləğv edilməsinə dair qətnaməsinə məhəl qoymur”, deyə Suriya XİN rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR