ARDNŞ “Sberbank”dan iri kredit cəlb edib

ARDNŞ “Sberbank”dan iri kredit cəlb edib
# 08 iyul 2014 07:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Sberbank”dan (Rusiya) kredit cəlb edib.

APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ-in 2013-cü ilin beynəlxalq maliyyə hesabatları standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Belə ki, 150 mln. ABŞ dolları məbləğində olan uzunmüddətli kredit bu ilin mart ayında alınıb.

Məlumata görə, kredit LİBOR+2,5% dərəcəsi ilə cəlb edilib.

Kredit 2016-2019-cu illər ərzində hər il 43 mln. dollar məbləğində bərabər hissələrlə ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR