Gənc Tamaşaçılar Teatrında mövsümün yekunlarına həsr olunan hesabat iclası keçirilib

Gənc Tamaşaçılar Teatrında mövsümün yekunlarına həsr olunan hesabat iclası keçirilib
# 14 iyul 2015 14:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, aktyor və rejissor mübadilələri haqqında məlumat verib.

Tədbirdə ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi teatr mükafatı sahiblərinə təqdim olunub.

Teatrdan əlavə ediblər ki, 88-ci teatr mövsümü sentyabrın 18-də saat Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası ilə start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR