Nazir Şahin Mustafayev Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Şahin Mustafayev Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 21 noyabr 2014 15:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçi qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə N. Rodiçi təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, Azərbaycan və Serbiya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsi vurğulanıb.

N. Rodiç səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə əczaçılıq, kənd təsərrüfatı, turizm, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR