Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb
# 17 iyun 2016 13:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı Krım və Sevastopola qarşı sanksiyaları daha bir il uzadıb.

APA-nın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Bildirilir ki, belə bir qərar yarımadanın Rusiyanın tərkibinə daxil olmasını tanımamaq strategiyası çərçivəsində qəbul edilib: “Aİ ölkələrinin vətəndaşları və Avropa Şurasındakı şirkətlər bu qərara əməl etməyə borcludurlar”.

Sanksiyalarda istənilən Krım məhsullarının Aİ zonasına idxalı, Krım ərazisində Avropa investisiyası, mülklərin alınması, biznesin maliyyələşdirilməsi, turizm daxil olmaqla, digər xidmətlərin qadağan edilməsi nəzərdə tutulur.

Avropa dəniz gəmilərinə də fövqəladə vəziyyətlər istisna olmaq şərti ilə, Krım limanlarına daxil olmaq yasaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR