Pakistan millət vəkilləri Azərbaycan səfirliyini ziyarət ediblər - FOTO

Pakistan millət vəkilləri Azərbaycan səfirliyini ziyarət ediblər - <span style="color: red;">FOTO
# 19 sentyabr 2014 07:28 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 18-də Pakistan İslam Respublikası Milli Assambleyasının deputatları - Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanın Pakistandakı səfirliyini ziyarət ediblər. Səfirlikdən APA-ya verilən xəbərə görə, səfir Daşqın Şikarov Milli Assambleyanın üzvlərinin Azərbaycan səfirliyini ziyarət etməsini yüksək qiymətləndirərək, qardaş ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə, Ermənistanı işğalçı siyasəti ilə əlaqədar dövlət kimi tanımadıqlarına görə qarşı tərəfə minnətdarlığını bildirib.

D. Şikarov son vaxtlar Ermənistan ordusu tərəfindən tez-tez atəşkəsin pozulduğunu, erməni diversiya qruplarının Azərbaycan kəndlərinə hücum edərək azyaşlı insanları girov götürdüklərini, iri çaplı silahlardan Azərbaycan kəndlərini atəşə tutduqlarını və dinc əhaliyə qarşı soyqırım siyasətini davam etdirdiklərini söyləyib.

Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca, ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışaraq Pakistanın daim Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini və Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pislədiklərini bəyan edib. O, Azərbaycan parlamentindəki Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupu ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyindən bəhs edərək gənclər, uşaq, qadın problemlərinin həllində, iqtisadi əlaqələrin inkişafında birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Ş. F. Xuvaca, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar layihələrə diqqət çəkərək bunun ikitərəfli münasibətlərə müsbət dinamika verən amillərdən olduğunu bildirib.

Çıxış edən digər deputatlar Rəşid Kudeyl, Mirzə Həmid Quccar, Malik Məhəmməd Üzeyir son zamanlar Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinə olan hücumları qəti şəkildə pisləyiblər və Azərbaycan əraziləri işğaldan azad olunana kimi Ermənistanla hər hansı münasibətin qurulmayacağını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR