Hüquq müdafiəçiləri Dövlət Miqrasiya Xidmətinin saxlanma mərkəzində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Dövlət Miqrasiya Xidmətinin saxlanma mərkəzində monitorinq keçiriblər
# 17 mart 2015 12:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Dövlət Miqrasiya Xidmətinin (DMX) Kürdəxanıda yerləşən müvəqqəti saxlanma mərkəzində monitorinq keçiriblər.


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, hazırda mərkəzdə saxlanılan yoxdur.

Onun sözlərinə görə, bir neçə il əvvəl Dövlət Miqrasiya Xidmətinin saxlanma mərkəzi tikilərək istifadəyə verilib: "Mərkəzin şəraiti yüksək səviyyədədir. Qadınlar ayrı, kişilər ayrı qala bilərlər. Uşaqlar üçün əyləncə mərkəzi, kitabxana, camaşırxana fəaliyyət göstərir. Əgər miqrantın paltara ehtiyacı varsa, onu da mərkəzdən pulsuz şəkildə ala bilər. Gündə üç dəfə yemək verilir. Mən bu cür şərait yaratdıqları üçün saxlanma mərkəzinin rəhbərliyinə təşəkkür məktubu göndərəcəyəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR