Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatında irəliləyib

Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatında irəliləyib
# 03 sentyabr 2014 08:14 (UTC +04:00)

APA-Economics”in məlumatına əsasən, Azərbaycan sözügedən hesabatda ötən ilki göstərici ilə müqayisədə bir pillə irəliləyib.

Hesabata görə, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri tutduğu halda, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-yeri tutub.

ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yeri tutub.

Hesabatda bildirilir ki, makroiqtisadi stabilliyə görə Azərbaycan 9-cu, biznesə dəstək üzrə 80-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, infrastrukturun inkişafına üzrə 70-ci, ali təhsilə üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yerləri tutub.

Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb.

Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə, Azərbaycan 48-ci yeri tutub.

Vergitutma effektivliyi sahəsində Azərbaycan 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə 130-cu yeri tutub.

Hesabata İsveçrə başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və ABŞ qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR