Avropa İttifaqı I Avropa Oyunları ilə bağlı Azərbaycan gömrükçülərinə təlim keçir - FOTO - VİDEO

Avropa İttifaqı I Avropa Oyunları ilə bağlı Azərbaycan gömrükçülərinə təlim keçir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 may 2015 06:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Mühümü idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX seminarı işinə başlayıb.

APA-Economics”in xəbərinə görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, seminar onun rəhbərliyi etdiyi qurum və Avropa İttifaqının Bakı ofisi ilə birgə təşkil olunub.

A. Əliyev qeyd edib ki, seminarın məqsədi Azərbaycan gömrük xidmətində çalışan əməkdaşlara I Avropa Oyunları ilə bağlı müəyyən məlumatların verilməsidir, o cümlədən müəyyən təcrübənin keçirilməsidir.

“Bu məqsədlə Avropa İttifaqının Bakı ofisinin təşəbbüsü və maliyyə dəstəyi ilə seminara Avstriyadan iki mütəxəssis dəvət olunub. Həmin mütəxəssislər Avropa Oyunları ilə bağlı gömrükçülərə təlimlər keçəcək. Bilirsiniz ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn sərnişinlərin, o cümlədən gətirilən yüklərin sayında xeyli artım gözlənilir”, - deyə A. Əliyev qeyd edib.

Komitə sədri qeyd edib ki, xarici dilləri bilən gömrükçülər Avropa Oyunları ilə əlaqədar sərhədlərə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR