Əli Həsənov Zaqatalada məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksində işlərin gedişi ilə maraqlanıb - FOTO - VİDEO

Əli Həsənov Zaqatalada məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksində işlərin gedişi ilə maraqlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 08:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Zaqatalaya səfər edib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Ə. Həsənov qaçqın və məcburi köçkünlər üçün inşa edilən 135 ailəlik yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb. O, tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə əlaqədar konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icrasının vacibliyini bildirib.

Ə. Həsənov prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb. Bu sosial layihələrin gələn il də davam etdiriləcəyini qeyd edən baş nazirin müavini, daha üç bölgədə 1500 ailə üçün mənzillərin tikiləcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR