İspaniyalı müşahidəçi: "Seçkilərdə inkişaf müşahidə etmişəm”

İspaniyalı müşahidəçi: "Seçkilərdə inkişaf müşahidə etmişəm”
# 01 noyabr 2015 15:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Mən artıq ikinci dəfədir ki, Bakıya müşahidəçi olaraq gəlirəm. Bu və keçən dəfəki seçkilər arasında inkişafı müşahidə etmişəm”.

APA-nın məlumatına görə, bu sözləri ispaniyalı müşahidəçi Altava Laval Manuel deyib.

A. L. Manuel bildirib ki, seçkidə əlil insanlar üçün evlərdə səs vermə imkanlarının təşkil olunması irəliyə doğru addımdır: “Həmçinin, bu dəfə qadınlar daha çox iştirak edirlər. Bu çox önəmli faktordur. Bu qadınların hüquqlarının qorunmasına gözəl nümunədir. Ümid edirəm, müsbət irəliləyişlər davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR