Eldar Mahmudov: “Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə tədbirlər görülür”

Eldar Mahmudov: “Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə tədbirlər görülür”
# 29 mart 2015 14:24 (UTC +04:00)

Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin akt zalında keçirilən təntənəli mərasimdə nazir Eldar Mahmudov deyib.

MTN-in İctimai əlaqələr idarəsindən APA-ya verilən məlumata görə, nazir vurğulayıb ki, eyni zamanda, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Nazir deyib ki, Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

E. Mahmudovun çıxışında o da qeyd olunub ki, Suriya Ərəb Respublikasındakı qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR