DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

DSMF sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
# 02 iyul 2015 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Şəmkir şəhərində vətəndaşlar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbul iyulun 8-də, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçiriləcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Şəmkir şəhər şöbəsində (02230) 5-30-33

Gədəbəy rayon şöbəsində (02232) 6-00-93

Tovuz rayon şöbəsində (02231) 5-00-40

Ağstafa rayon şöbəsində (02222) 5-26-12

Qazax rayon şöbəsində (02229) 5-27-96

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də DSMF-in müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR