Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yaxın günlərdə başa çatacaq

Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yaxın günlərdə başa çatacaq
# 29 mart 2013 06:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yaxın bir neçə gün ərzində başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 1 470 metr təşkil edən küçənin zəruri olan ərazilərində bordyurlar dəyişdirilir, küçənin 200 metri 3 metrədək genişləndirilib.

«Hazırda sözügedən küçədə köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənir. Burada aparılan işlər yaxın bir neçə gündən sonra başa çatdırılacaq», - deyə «Azəryolservis» rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR