Pentaqon rəhbəri Ukrayna ordusunun Donbasdakı əməliyyatda iştirakını yüksək qiymətləndirib

Pentaqon rəhbəri Ukrayna ordusunun Donbasdakı əməliyyatda iştirakını yüksək qiymətləndirib
# 05 sentyabr 2014 08:24 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Uelsdə ABŞ və Ukrayna müdafiə nazirlərinin görüşü keçirilib.

APA - nın ABŞ Müdafiə Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çak Heygel Valeri Qeleteylə görüşdə Ukrayna ordusunun ölkənin şərqindəki əməliyyatda iştirakını yüksək qiymətləndirib və ABŞ-ın Kiyevə dəstək verməkdə davam edəcəyini bildirib.

Ç. Heygel ABŞ, NATO və Avropa İttifaqının Rusiyanı beynəlxalq öhdəliklərə hörmət etməyə çağırdığını qeyd edib.

V. Qeletey isə dəstəyə görə amerikalı həmkarına təşəkkür edərək Ukraynanın Qərbdəki tərəfdaşları ilə birgə fəaliyyət göstərəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR