Şəmkirdə qatar Sumqayıt sakinini vurub

Şəmkirdə qatar Sumqayıt sakinini vurub
# 01 oktyabr 2015 18:24 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Razim oğlu Namazov dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sağ qolu amputasiya edilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR