Azərbaycan Şimal boru kəməri ilə neft ixracını 25% artırıb

Azərbaycan Şimal boru kəməri ilə neft ixracını 25% artırıb
# 18 may 2015 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-aprel ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin dörd ayında sayğac göstəriciləri əsasında ümumilikdə 11 124 548,72 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,39% azdır.

Belə ki, ötən dörd ay ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 8 839 695,54 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 3,9% azdır.

Yanvar-aprel aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 1,28% çox və ya 1 456 843,50 min ton, Şimal boru kəməri ilə isə 25,1% çox və ya 424 351,00 min ton xam neft ixrac edilib.

Ötən aylar ərzində dəmir yolu nəqliyyatı ilə 403 658,68 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 32,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR