Masallıda iki sahə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Masallıda iki sahə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2014 16:01 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmirdən sonra istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvü Elmira Axundova, Səhiyyə Nazirliyinin məsul işçisi Gülmirzə Poladov və digərləri çıxış edərək, əlamətdar hadisə münasibətilə hər iki yaşayış məntəqəsinin sakinlərinə təbriklərini çatdırıblar. Yerli ictimaiyyətin nümayəndələri isə çıxışlarında onların sosial problemlərinin həllində göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları səhiyyə ocaqlarında yaradılmış şəraitlə tanış olublar.

Qeyd ki, hər biri 15 çarpayılıq olan, 25 yaşayış məntəqəsinin 50 mindən çox sakininə xidmət göstərən bu şəfa ocaqlarında ən müasir tibbi avadanlıqlar quraşdırılmaqla, ilkin tibbi yardım, peyvənd, stomatoloji, ultrasəs müayinə və digər kabinetlər fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR