Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 9% artıb

Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 9% artıb
# 07 oktyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayı ərzində 2 mln. 783,180 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 9,43% çoxdur. Bu həcmin 1 mln. 928,078 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 mln. 681,978 min ton təşkil edib ki, bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 283 mln. 621,068 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR