Dominikan Respublikasının energetika nazirinin müavini qətlə yetirilib

Dominikan Respublikasının energetika nazirinin müavini qətlə yetirilib
# 08 mart 2015 03:38 (UTC +04:00)

Bakı-APA. Dominikan Respublikasında naməlum şəxslər energetika və şaxtalar nazirinin müavini Viktoriano Santosu qətlə yetirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Prenca Latina nəşri məlumat yayıb.

Məlumata görə, cinayət Sançes Ramires əyalətinin Kotui şəhərində siyasətçinin iqamətgahında törədilib. Üzü bağlı üç silahlın evə hücumu nəticəsində Santosun oğlu yaralanıb.

49 yaşlı vəkil Viktoriano Santos Dominikanın Azadlıq Partiyasının Mərkəzi Komitəsinin üzvü, Kotui şəhər bələdiyyə komitəsinin sədri olub. Bundan başqa, siyasətçi adı çəkilən şəhərin meri vəzifəsinə öz namizədliyini irəli sürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR