Əli Kərimin indiyə qədər işıq üzü görməmiş əsərləri çap edilib

Əli Kərimin indiyə qədər işıq üzü görməmiş əsərləri çap edilib
# 12 oktyabr 2014 09:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan şairi Əli Kərimin seçilmiş əsərlərinin II cildi çapdan çıxıb.

APA-nın xəbərinə görə, bu cildə şairin nəsr əsərləri – məqalələri, müsahibəsi, hekayələri, pyesləri, “Mavi nəğmənin sahilində” povesti və “Pillələr” romanı daxil edilib.

Qeyd edək ki, Ə. Kərimin nəsr əsərləri ilk dəfə kitab halında oxuculara təqdim edilir. Burada şairin indiyədək işıq üzü görməmiş əsərləri də var.

Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Paşa Əlioğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR