Şəkidə 10 yaşlı uşağı ilan sancıb

Şəkidə 10 yaşlı uşağı ilan sancıb
# 01 sentyabr 2015 16:44 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 10 yaşlı uşağı ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 14:30 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2005-ci il təvəllüdlü Elsevər Qiyas oğlu Salmanov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, E. Salmanov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının topuq nəhiyəsindən sancıb. E. Salmanova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyəti nəzərə alınaraq dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR