İranın neft naziri: "İran nefti istənilən qiymətə satmağa hazırdır"

İranın neft naziri: "İran nefti istənilən qiymətə satmağa hazırdır"
# 25 avqust 2015 18:51 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bican Namdar Zənqane bildirib.

“Biz mövcud qiymətlərə baxmayaraq neft satmaq niyyətindəyik. Əlbəttə, biz istərdik ki nefti yuxarı qiymətə sataq, lakin qiyməti bazar müəyyən edir”, deyə Zənqane bildirib.

O, sanksiyalar aradan götürüldükdən sonra İranın dünya bazarına sutkada 1 mln barel neft tədarük etməyə hazır olacağını vəd edib.

Rusiya XİN-dən İranın bir neçə ay ərzində neft ixrac potensialını bərpa edə bilməyəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR