PA sektor müdiri: "Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5% artıb"

PA sektor müdiri: "Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5% artıb"
# 02 sentyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin 6 ayı ilə müqayisədə bu ilin analoji dövründə Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5% artıb.

"APA-Economics"in məlumatına görə, bunu "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov deyib.

K. Bayramovun sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak vergisi üzrə daha çox artım müşahidə olunacaq. "Bu artım ölkənin 36 şəhər və rayonda əmlak vergisi üzrə ciddi artım müşahidə edilib. Məsələn, Səbail rayonunda daşınmaz əmlak vergisi üzrə daxil olmaların həcmi 87,9%, Gəncə şəhəri üzrə 88,9%, Cəlilabadda 99,3%, Şəmkirdə 1,5 dəfə, Şirvanda 2,5 dəfə, Gədəbəydə 15,5 dəfə artım müşahidə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR