Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək
# 09 noyabr 2014 14:21 (UTC +04:00)

Bakı-APA. Noyabrın 10-18-dək Azərbaycanda ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək.

APA-nın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi xəbərə görə, festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə keçirəcəyi festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcək.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR