Azərbaycanda rezidenturaya təqdim olunan vakant plan yerlər 100% tutulub

Azərbaycanda rezidenturaya təqdim olunan vakant plan yerlər 100% tutulub
# 17 sentyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqəyə təqdim olunan vakant plan yerləri 100% tutulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbər görə, rezidenturaya qəbul imtahanında bütün ixtisaslar üzrə keçid balı 100 baldan, yalnız hərbi ixtisasda keçid balı 90 baldan yuxarı olub. Rezidenturaya qəbul olanlar bu gündən sentyabrın 23-dən tələb olunan sənədləri Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı isə 528 idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR