Dow Jones indeksi 0,01%, S&P 500 0,03%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,01%, S&P 500 0,03%, Nasdaq 0,3% enib
# 28 dekabr 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 16 478 bəndədək, S&P 500 0,03% - 1 841 bəndədək, Nasdaq 0,3% - 4 157 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi texniki amillərlə bağlı olub. Belə ki, son bir neçə gün ərzində baş verən artımdan sonra investorlar mənfəət əldə etmək üçün satışı gücləndiriblər ki, bunun nəticəsində bazardakı təklif tələbatı üstələyib.

Avropa fond bazarlarında dekabrın 27-də FTSE 100 indeksi 0,9% - 6 751 bəndədək, Almaniya DAX-ı 1,1% - 9 589 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 4 278 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 214,00 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3741 dollar (-0,02%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR