Ötən ay Azərbaycan neft məhsullarının ixracını azaldıb

Ötən ay Azərbaycan neft məhsullarının ixracını azaldıb
# 03 iyun 2014 13:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin may ayında 47 330 ton dizel yanacağı ixrac edib.

APA-Economics”in ARDNŞ-ə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% azdır.

Bu ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə az və 7 592 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 21 min 608 ton vakuum qazoylu ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində ötən illə müqayisədə 1,4 dəfə az və ya 297 434 ton dizel yanacağı, 29,6% və ya 43 059 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 70 min 374 ton vakuum qazoylu ixrac edilib.

Bu ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-995,24 dollar, təyyarə yanacağının - 948,41 dollar, dizel yanacağının - 897,29 dollar, 1% kükürdlü mazutun qiyməti 638,25 dollar təşkil edib.


Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində 383 ton avtomobil benzini ixrac edilib ki, bu da ancaq yanvar ayında baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR