Mətbuat Şurası “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi elan edib

Mətbuat Şurası “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi elan edib
# 11 iyun 2014 11:23 (UTC +04:00)

Bakı - APA. Baş Dövlət Yol Polisi İdarəsi, Mətbuat Şurası və “Polisə dəstək” İctimai Birliyi 2 iyul - Polis Günü münasibətilə KİV təmsilçiləri arasında “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi elan edib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur.

Müsabiqə qaliblərinin adları 2 iyul - Polis Günü ərəfəsində açıqlanacaq. I yer üçün 800 manat, II yer üçün 500 manat, III yer üçün 300 manat mükafat nəzərdə tutulub. Müsabiqəyə iyunun 11-dən 28-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR