Braziliyada avtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb

Braziliyada avtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb
# 29 mart 2014 18:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yük maşının sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn avtobusla toqquşub. Nəticədə, sürücülər və hamilə qadın da daxil olmaqla, 14 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

“Hər şey qəfildən baş verdi. Yük maşını təxminən saatda 100 km sürətlə hərəkət edirdi”, deyə hadisə şahidi bildirib.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR