Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 12:40 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, xüsusən investisiya yatırımı və enerji sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.

Nazirlər qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq sahələr üzrə məsul dövlət qurumlarından və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması haqda razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR