Bolqarıstanın baş naziri gələn həftə Azərbaycana gələcək

Bolqarıstanın baş naziri gələn həftə Azərbaycana gələcək
# 12 fevral 2014 13:33 (UTC +04:00)

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən Bolqarıstanın baş naziri Plamen Oreşarskinin fevralın 18-20-də Azərbaycana gözlənilən rəsmi səfəri zamanı müzakirə olunacaq mövzuların razılaşdırılmasına dair danışıqlar aparılıb.

D.Stoynevin rəhbərlik etdiyi nümayəndə heyətinə Bolqarıstan baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və Bolqarıstan Nazirlər Kabineti yanında Milli Təhlükəsizlik Şurasının katibi Boyan Çukov, Bolqarıstanın iqtisadiyyat və energetika nazirinin turizm məsələləri üzrə müavini Branimir Botev, Bolqarıstan baş nazirinin ölkəmizə səfərinin əlaqələndiricisi Dimitr Bratanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilib, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. N.Əliyev ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açıb, ötən ilin dekabrında «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayıb. Nazir ölkəmizdə həyata keçirilən iqtisadi layihələr barədə də ətraflı məlumatlar verib. Hər iki tərəf ölkələr arasında iqtisadi, humanitar, sənaye və enerji sektoru da daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

D.Stoynev qeyd edib ki, Azərbaycan Bolqarıstanda daha çox enerji ölkəsi kimi tanınır: «Azərbaycanla Bolqarıstan arasında fərdi qaz danışıqları aparılır. Biz tək enerji sahəsində deyil, digər sahələrdə də Azərbaycanla əməkdaşlıq edirik. Amma bu istiqamətdə əməkdaşlığı artırmaq istəyirik».

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR