Sabah Bakıda hava şəraiti yağıntılı olacaq

Sabah Bakıda hava şəraiti yağıntılı olacaq
# 13 mart 2014 10:38 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin günün birinci yarısında yağıntılı olacağı, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR