AzTEST Mərkəzi TÜRKAK tərəfindən akkreditasiya olunub

AzTEST Mərkəzi TÜRKAK tərəfindən akkreditasiya olunub
# 11 fevral 2014 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, TÜRKAK mütəxəssislərinin AzTEST-də apardıqları 2 mərhələli auditin nəticəsində mərkəzin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyətinin İSO 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi, idarəetmə sistemlərinin sertifikatlaşdırılması və auditini keçirən orqanlara tələblər” standartının tələblərinə uyğun qurulduğu barədə rəy verilib. İSO 17021:2011 beynəlxalq standartı əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilərlər.

Akkreditasiyanın əhatə etdiyi sahələrə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq, metal olmayan metallurgiya məhsulları, maşın və təchizat, təsnifatlaşdırılmayan digər məhsulların istehsalı, topdan və pərakəndə ticarət, mühərrikli vasitələr, motosikl, şəxsi əşyalar və ev əşyalarının təmir edilməsi, maliyyə işlərində vasitəçilik, ərazi və əmlak işləri, icarə götürmə, dövlət idarəetməsi və digər sosial xidmətlər daxil edilib. Beləliklə, Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı adı çəkilən sahələr üzrə fəaliyyət göstərən müəssisələrə İSO 9001:2008 beynəlxalq sertifikat vermək səlahiyyətləri əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR