Penitensiar xidmətdə müşavirə keçirilib

Penitensiar xidmətdə müşavirə keçirilib
# 05 mart 2014 14:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətində cəzaçəkmə müəssisələrində cinayətkarlıqla mübarizə işinin və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Xidmətin rəisi Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə Baş idarənin məsul əməkdaşları və tabe qurumların rəhbərləri iştirak ediblər.


Nazir müavini çıxış edərək qanunçuluğun qorunmasının, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında sabitliyin təmin olunması üçün aparılan profilaktiki işin səmərəliliyinin artırılmasının, eləcə də törədilmiş cinayətlərin açılmasının təmin olunması məqsədi ilə penitensiar müəssisələrlə digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Penitensiar müəssisələrdə mülki müdafiə işinin təşkili ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tikililərin yanğından mühafizəsinin təmin edilməsi, habelə fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyi xüsusilə qeyd olunub.


Müşavirədə aidiyyəti xidmət sahələrinin məsul əməkdaşlarının, bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları rəislərinin çıxışları dinlənilib, rəhbərlik etdikləri müəssisələrin fəaliyyətində mövcud olan bəzi nöqsanların aradan qaldırılmasına dair tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR