Rusiya Türkiyədə baş verən terroru pisləyib

Rusiya Türkiyədə baş verən terroru pisləyib
# 13 may 2013 16:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rəsmi Moskva Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror hadisəsini pisləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada baş verən terror aktının qınandığı bildirilib: “Türkiyə hökumətinə, türk xalqına və bu barbar cinayətin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Rusiya XİN-dən verilən açıqlamada olayın tez bir zamanda araşdırılmasının vacib olduğu deyilib: “Günahkarlar cəzalandırılmalıdır. Ümid edirik ki, bu faciəvi hadiəslər bölgədəki gərginliyi daha da artırmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR