Tehranda yerli və erməni futbolçular arasında əlbəyaxa dava düşüb

Tehranda yerli və erməni futbolçular arasında əlbəyaxa dava düşüb
# 27 yanvar 2014 07:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın futbol üzrə ölkə çempionatının 24-cü həftəsi çərçivəsində Tehranın “Perspolis” və İsfahanın “Zob ahən” klubları arasında keçirilmiş oyundan sonra əlbəyaxa dava düşüb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Tehranın “Azadi” stadionunda baş tutan qarşılaşmada paytaxt komandasının bir xalla kifayətlənməsi əsəbləri tarıma çəkib.

Görüş 1:1 hesabı ilə başa çatdıqdan sonra “Perspolis”in üç futbolçusu mətbuat konfransı keçirilməsi üçün ayrılmış ərazinin arxasında bir-birinə giriblər. Onların arasında paytaxt klubunun İran ermənilərindən olan oyunçusu Andranik Teymuriyan da olub. Mübahisə edən Qasım Həddadifər, Məhəmməd Xanzadə və A.Teymuriyan ardınca əlbəyaxa davaya keçiblər və bir-birinə qarşı fiziki güc tətbiq ediblər. Bunu eşidən rəqib komandanın futbolçusu Möhsün Bayatiniya müsahibəsini yarımçıq kəsmək məcburiyyətində qalıb. İran polisinin müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisi azərbaycanlı Əli Daeidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR