Azərbaycanda ötən il 422 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Azərbaycanda ötən il 422 torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınıb
# 12 fevral 2014 08:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda 422 torpaq qanunvericiliyinin pozulması faktı müəyyən edilib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.


Onun sözlərinə görə, bundan 272 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 150 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib: «Onlara qarşı 15 372,5 manat cərimə tətbiq olunub, bundan 4 065,5 manat ödənilib, 11 307 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün müvafiq məhkəmələrə göndərilib. Hesabat ilində 422 qanun pozuntusu halı fiziki şəxslər tərəfindən törədilib».


Komitə sədri qeyd edib ki, torpaq məsələləri ilə əlaqədar ötən il 3 786 ərizə-şikayətlərə, o cümlədən 769 təkrar müraciətlərə, 1 300 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb, müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR