«Rəvan Sığorta» nizamnamə kapitalını 2 dəfə artırır

«Rəvan Sığorta» nizamnamə kapitalını 2 dəfə artırır
# 05 noyabr 2013 13:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Rəvan Sığorta» ASC-nin adi səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Yeni səhm emissiyasının kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Hər birinin nominal dəyəri 40,80 manat olan və 120 099 səhmdən ibarət olan emissiyanın ümumi həcmi 4 900 039,2 manata bərabərdir. Yerləşdirmədən sonra şirkətin nizamnamə kapitalı 2,2 dəfə artırılaraq 8 900 071,2 manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR