Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından «beşbarmaq» götürülüb

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından «beşbarmaq» götürülüb
# 22 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından «beşbarmaq» aşkarlanıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Gömrük əməkdaşları tərəfindən Azərbaycan vətəndaşı Elmar Gülməmmədova məxsus çamadana gömrük baxışı zamanı orada gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub. İlkin araşdırma zamanı E.Gülməmmədov izahatında həmin “beşbarmağ”ı Antalya şəhərindən suvenir qismində aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR