Azərbaycanda yeni buğda sortunun yetişdirilməsi üçün 350 min hektar ərazidə əkin işləri aparılır - VİDEO

Azərbaycanda yeni buğda sortunun yetişdirilməsi üçün 350 min hektar ərazidə əkin işləri aparılır - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda yeni toxum növlərini becərmək üçün müxtəlif mexanizmlər işlənib hazırlanıb.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı zamanı bildirib.


Onun sözlərinə görə, ölkədə yeni buğda sortunun yetişdirilməsi üçün 350 min hektar ərazidə əkin işləri aparılır: “Gətirilən yeni növlərin yerli şəraitə uyğunlaşdırılması, eyni zamanda iqlim dəyişikliyi ilə əlaqədar xüsusilə quraqlığa davamlı növlərin əkilməsi istiqamətində yeni layihə hazırlanır. Aran rayonlarında 400 min hektar sahəni genişləndirmək üçün şərait var. Bununla da ərzaq təhlükəsizliyinin tam təmin olunmasına nail olmaq mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR