Bu il Azərbaycanda 979 min ha sahədən payızlıq dənli bitkilərin məhsulunun toplanması gözlənilir

Bu il Azərbaycanda 979 min ha sahədən payızlıq dənli bitkilərin məhsulunun toplanması gözlənilir
# 25 fevral 2014 14:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda ötən il elit törədicilərin toxumları ilə mayalandırılmış inək və düyələrin sayı əvvəlki illə müqayisədə 11,9% artaraq 99 min başa çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat ilində «Aqrolizinq» ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 37,9 mln. manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları verilib ki, bu da 2012-ci illə müqayisədə 9,5 mln. manat və ya 33,5% çoxdur.

Hazırda tarlalarda, meyvə bağları və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir. İlkin məlumatlara görə, bu il 979,1 min hektar sahədən payızlıq dənli bitkilərin məhsulunun toplanması gözlənir. Bunun 646,3 min hektarı və yaxud 66%-i buğda, 332,7 min hektarı və yaxud 34%-i arpa əkinləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR