Ukrayna güc strukturlarının rəhbərləri şərq vilayətlərinə yola düşüblər

Ukrayna güc strukturlarının rəhbərləri şərq vilayətlərinə yola düşüblər
# 07 aprel 2014 11:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Viktoriya Syumar yazıb.

Güc strukturlarının fəaliyyətinə cavabdeh olan baş nazirin müavini Vitali Yarema Donetsk, daxili işlər naziri Arsen Avakov Xarkov, Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy isə Luqansk vilayətinə yollanıblar. “Onlar separatizmə qarşı addımlar atmaq üçün bütün səlahiyyətlərə malikdirlər”, - deyə V. Syumar söyləyib.

Qeyd edək ki, aprelin 6-da Donetsk, Luqansk və Xarkovda kütləvi aksiyalar keçirən Rusiyayönümlü radikal qüvvələr inzibati binalarına hücumlar ediblər. Donetsk və Xarkovda vilayət dövlət administrasiyalarının binaları, Luqanskda isə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirilib. Sonradan Xarkov vilayət administrasiyasının binası azad edilib. Donetsk və Luqanskda isə vəziyyət gərgin olaraq alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR