Ermənistanda subasma nəticəsində 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB-1

Ermənistanda subasma nəticəsində 3 nəfər ölüb - VİDEO  - YENİLƏNİB-1
# 26 may 2024 20:56 (UTC +04:00)

Ermənistanın subasma nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, Tavuş rayonunun Ptqavan kəndində 76 yaşlı Haxtanak kənd sakini Avaq Avaqyanın meyiti çaydan çıxarılıb.


***
19:56

Ermənistanın subasma nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

APA-nın xəbərinə görə, bunu “Lurer”-ə müsahibəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

Nazir infrastruktura - elektrik xətlərinə, qaz kəmərlərinə, içməli su sisteminə daha çox ziyan dəydiyini qeyd edib.

***

saat 10.50

Ermənistanın şimalında su basması nəticəsində ən azı 1 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Daxidi İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Opel" markalı avtomobil Şnox-Texut sahəsində çaya düşüb, bir nəfər ölüb. Ayrum-Alaverdi sahəsində yük maşını qismən suda qalıb, iki nəfər kömək gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR