Bakıda mənzildən 85 yaşlı qadının meyiti tapılıb - VİDEO

 Bakıda mənzildən 85 yaşlı qadının meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 11:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində mənzildən 85 yaşlı qadının meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Mariya Qurudnova hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M.Qurudnova vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR