Mehriban Əliyeva Bolqarıstanın baş naziri ilə görüşüb - FOTO

Mehriban Əliyeva Bolqarıstanın baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 20 fevral 2014 10:51 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 20-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR