Rusiya Ukraynaya maliyyə yardımının ikinci tranşını təxirə salıb

Rusiya Ukraynaya maliyyə yardımının ikinci tranşını təxirə salıb
# 21 fevral 2014 14:57 (UTC +04:00)

APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. O bildirib ki, hazırkı situasiyada bu vəsaitin necə sərf olunacağı və necə qaytarılacağı bəlli deyil.

Xatırladaq ki, Rusiya Ukraynanın avrobondlarını ilik 5 faizlə 2 milyard dollara almağı planlaşdırırdı. Ukraynada vəziyyətin gərginləşdirilməsindən bir gün əvvəl – fevralın 17-də A. Siluanov bu niyyəti təsdiqləmişdi. Lakin bu gün nazir qeyd edib ki, Ukraynada vəziyyətin kəskinləşməsindən sonra Rusiya durumun aydınlaşmasını və sabitliyin yaranmasını gözləmək qərarına gəlib. Elə bu gün Ukrayna hökuməti avrobondların əlavə emissiyasından imtina edərək bu barədə İrlandiya Fond Birjasını məlumatlandırıb.

Qeyd edək ki, 2013-ü ilin dekabrında Moskva ilə Kiyev arasında Ukraynaya satılan təbii qazın qiymətinin azaldılması və 15 milyard dollar kreditin verilməsi haqqında razılaşma əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR