Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib
# 29 dekabr 2013 14:13 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHÇDX) 2013-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Bu barədə APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2013-cü il ərzində görülmüş işlərə dair məruzə ilə çıxış edib, 2014-cü ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub. A. Rəhimov 2014-cü ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR