Türkiyə və Azərbaycan fövqəladə halların aradan qaldırılmasında əməkdaşlığı dərinləşdirəcək

Türkiyə və Azərbaycan fövqəladə halların aradan qaldırılmasında əməkdaşlığı dərinləşdirəcək
# 05 iyun 2014 13:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin (AFAD) baş direktoru Fuad Oktay bildirib.

F. Oktay deyib ki, hazırda iki ölkənin müvafiq qurumları arasında yaxşı münasibətlər var: “Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan da nə zaman darda olsaq, bizim yanımızda yer alır”.

AFAD rəhbəri Bakıda olduqları dövrdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin imkanları ilə tanış olduqlarını və ikitərəfli görüşlər keçirdiklərini söyləyib. Onun sözlərinə görə, görüşlərdə tərəflər təlim və kadr hazırlığı sahəsində müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR